19.07.2021

Şəki məktəbliləri qızıl və gümüş nişanla təltif olunub

Şəki Şəhər Təhsil Şöbəsinin  tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 4-ü qızıl, 1-i  gümüş nişana layiq görülüb.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Şəki şəhər 10 nömrəli tam orta məktəbin (2) nəfər, şəhər 5 nömrəli tam orta məktəbin və şəhər 14 nömrəli tam orta məktəblərin (1) şagirdləri qızılı, şəhər 10 nömrəli tam orta məktəbin (1) məzunu isə gümüş medalla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.


Açar sözlər: ,