İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Şəki rayon məktəblərində də "Son zəng" tədbirləri keçirilib.
Tədbirlərdə Təhsil Şöbəsinin əməkdaşları, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər.
Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilib.
“Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilib. XI sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində tədbir iki mərhələdə təşkil olunub.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində rayon ümumi təhsil məktəblərini məktəbəhazırlıq qrupunu 2093, IX sinif üzrə 2200, XI sinif üzrə 1737 şagird bitirib.
2021-2022-ci tədris ilində rayon üzrə 2201 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.