11.06.2021

"Poeziyanın dahisi" adlı onlayn tədbir keçirilib

Şəki şəhər 5 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş "Poeziyanın dahisi" adlı onlayn tədbir keçirilib.

Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirin əsas məqsədi Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.

Onlayn tədbirdə çıxış edənlər Nizami irsinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayaraq bu nəhəng sənətkarın parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığını diqqətə çatdırıblar.

Tədbirin dahi sənətkarın şeirləri səsləndirilib, həyat yolu barədə məlumat verilib, videoçarxlar nümayiş olunub.


Açar sözlər: ,  ,  ,