07.06.2021

Məktəblimiz Respublika birincisi olub

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən, Şəki şəhər 5 nömrəli tam orta məktəbin V sinif şagirdi Turan Musayev I yerə sahib olub

V sinif şagirdləri arasında keçirilən olimpiadanın final turunda şagirdlər məntiqi təfəkkürə dair sualları cavablandırıblar.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd Lütfi Zadənin irsini təbliğ etmək, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan marağını artırmaqdan ibarətdir.


Açar sözlər: ,  ,