07.06.2021

10 Şəki məktəblisi qalib olub

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən Şəki rayon ümumtəhsil məktəblərindən 1 şagird qızıl, 5 şagird gümüş, 4 şagird isə bürünc medala layiq görülüb.

Qeyd edək ki,Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.