02.06.2021

Şəki rayonunda 9-cu sinif üzrə buraxılış imtahanları keçirilib

İyunun 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən Şəki rayonunda 9-cu sinif üzrə buraxılış imtahanları keçirilib.

İmtahan 11 mərkəzdə karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilib. İmtahanda 2225 nəfər iştirak edib.

İmtahan bütün mərkəzlərdə 11:00-da başlanıb, 14:00-da başa çatıb.

Qeyd edək ki, imtahanların idarə olunmasına 27 imtahan rəhbəri və 216 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 176 otaq ayrılıb.


Açar sözlər: ,