01.06.2021

Milli həmrəylik dövlət siyasətinin strateji prioritetidir.

Bugünki Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. X|X əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi ilə başlanan münaqişə uzun illər davam etmişdir.Ermənilər sovet dövründə əzəli Azərbaycan torpaqlarında və orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı etnik təmizləmə aparmışlar. 1988-ci ildə Ermənistandan axırıncı Azərbaycan əhalisinin deportasiyası ilə oradakı bütün türk mənşəli adlar, o cümlədən toponimlər də ölümə məhkum edildi. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb beynəlxalq şərait yarandı. Bu vəziyyətdən istifadə edən Ermənilər l Qarabağ müharibəsində Azərbaycanın 20% torpaqlarını işğal etdi. Bundan sonra Azərbaycan Respublikasının əsas məqsədi ərazi bütövlüyümüzü bərpa etmək, öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin ana torpaq həsrətini Vüsalə çevirmək və dünya arenasında haqlı olduğumuzu sübut etmək idi. Bunun üçün ümummilli liderimiz Heydər Əliyev öz hakimiyyəti dövründə uğurlu siyasət aparmış, sülh yolu ilə torpaqlarımızı geri qaytarmağa çalışmışdı. Ancaq ermənilər heç bir yolla torpaqların əsl sahibinin bir azərbaycanlılar olduğunu qəbul etməmiş, daim atəşkəs rejimini pozaraq, 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatının qarşısını almaq məqsədilə başlanan əks hücum əslində vətən müharibəsinin başlanğıcı oldu. Azərbaycan Respublikasının prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli ordusu və Azərbaycan xalqı " dəmir yumruq" altında birləşərək öz gücünü, mənfur düşmənlərə və eyni zamanda bütün dünyaya sübut edə bildi 44 gün davam edən müharibə 10 noyabr 2020-ci ildə haqlı tərəfin öz haqqını alması ilə başa çatdı və Azərbaycan qələbə çatıb bütövləşdi.

Hal-hazırda Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məqsəd insanlığa sığmayan dəhşətləri özündə əks etdirən, işğaldan azad edilmiş torpaqları cənnətə çevirməkdir.

Qələbədən sonra Azərbaycanda və regionda yaranmış yeni reallıqlar Yeni Azərbaycan Partiyasının Vll qurultayının keçirilməsini zəruri etdi. 5 mart 2020- ci ildə keçirilən qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasının elan edilməsi, Azərbaycanda milli birliyin, həmrəyliyin artmasının, YAP-ın mövqeyininin güclənməsinin bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası bu birləşmə ilə bir az da güclənəcək, müstəqilliyimizin əbədi olması, xalqın firavan yaşaması üçün daha geniş mövqedən çıxış edəcəkdir. Bu partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması "iqtidar-xalq" modelinin göstəricisidir. Bu birləşmə hakim partiyada rəqabətin güclənməsi, siyasi dialoq mühitinin dərinləşməsinə xidmət edəcəkdir.

Şəki şəhər 8 nömrəli tam orta məktəbin direktoru Almas Əliyeva


Açar sözlər: