31.05.2021

"Yaxın və uzaq Lütfizadə" adlı onlayn keçirilib

Şəki şəhər 8 nömrəli tam orta məktəbdə  Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə bağlı onun həyat və elmi yaradıcılığına həsr olunmuş "Yaxın və uzaq Lütfizadə" adlı onlayn keçirilib.

Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi və digər məktəblərin müəllimləri iştirak ediblər.

Görüşdə dünya şöhrətli alimin həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat verilərək Lütfi Zadənin fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdən olduğu diqqətə çatdırılıb. Şagirdlərə dünya elminə Lütfi Zadənin digər yenilikləri ilə yanaşı 6 mühüm nəzəriyyəsinin olduğu bildirilərək onlar haqqında qısa məlumatlar verilib.

Onlayn tədbirin sonunda alimin həyat və yaradıcılığına aid videoçarx nümayiş olunub.

 

 

 


Açar sözlər: ,  ,  ,