Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən keçirilən "Mən uşaq hüquqları haqqında nə bilirəm?" adlı onlayn esse müsabiqəsinin qalibləri bəlli olub.
Müsabiqədə Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin VII, VIII, IX sinif şagirdləri iştirak edib.
Müsabiqənin nəticəsinə əsasən, Şəki şəhər 12 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Gülər Əhmədova I, Şəki şəhər 6 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Səmayə Əsədli və Şəki şəhər 17 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Elvin Zakirzadə II, Şəki şəhər 8 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Toğrul Rəcəbov, Şəki şəhər 12 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əzizə Mahmudova və Şəki rayon Aşağı Göynük kənd tam orta məktəbin 9-cu sinif şagirdi Məhəmməd Mahmudov III yerə layiq görülüblər.
Qaliblərə Şəki Şəhər Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin diplomu və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədiylə "Milli Fəaliyyət Proqramı"nın strateji hədəfinə uyğun olaraq təşkil olunub.