17.05.2021

Azərbaycan böyük investorlar üçün atıq daha maraqlı ölkədir

 

Müstəqillik qazanan Azərbaycan dünya dövlətləri içərisində özünəməxsus yer alaraq nüfuzunu möhkəmləndirməkdədir. Bu nüfuz,bu mövqe zaman keçdikcə irəliləməli və daha da mökəmlənməlidir. Qarşıya qoyulan bu hədəflər günün tələbi,birləşməyi bacaran xalqın istəyidir.

Dövlət quruculuğu ilə tarixdə iz qoyan Azərbaycan müasir tarixi arenada da müasir dövlətçilik ənənələri ilə irəliləməklə işğalda olan torpaqlarının qaytarılmasını daim gündəmdə saxlamışdır. Eyni zamanda bunları dövlətin öhdəliyi və birbaşa vəzifəsi olaraq unutmamışdır.

İllərin işğal təsirini heçə endirmək,əbədi və əzəli torpaqlarımıza yenidən və həmişəlik sahib çıxmaq istəyi Azərbaycan dövlətinin və onun uzaqgörən siyasətlə dövləti idarə edən prezidenti İlham Əliyevin siyasət meydanında tarixə yazılan addımlar atmasına bilavasitə yol açdı və açıq şəkildə özünü  göstərdi.

Bu qarşısıalınmaz və düzgün yol,siyasət sonda hərb yolu ilə həll olundu. Tam 28 ildən sonra Qarabağ və ətraf bölgələrdə yenidən Azərbaycan Ordusunun hərbi zireh texnikaları hərəkətə başladı. 90-cı illərdə pərakəndəlik,hərc mərclik,dağınıqlıq,hakimiyyətsizlik nəticəsində ağır məğlubiyyətlər yaşayan Azərbaycan Ordusu indi dünya səviyyəli təlim,hərbi biliklər qazanaraq,nizamlı,inamlı şəkildə öz məqsədinə - Qələbəyə yol aldı.

27 sentyabr 2020-ci ildə başlayan bu uzun,çətin amma şərəfli yol xalqımız üçün bir növ mövcud olub-olmamaq şərtini təsdiq etdi.

Başda Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusu döyüş meydanında öz əzmkarlığını,yüksək döyüş ruhunu Vətən sevgisini bir daha biruzə verdi və sübut etdi.

Dövlətin və xalqın dəstəyi ilə Ordumuz Qarabağımızın əlçatmaz görünən Cəbrayıl, Zəngilan, Ağdam, Şuşa, Kəlbəcər, Laçın kimi əzəli yurd yerlərində yenidən möhtəşəm Azərbaycan bayrağını dalğalandırdı. Bu qələbə dövlətimizin, xalqımızın dünya miqyasında özünütəsdiqi oldu.

44 günlük müharibədə Qarabağın əsl sahiblərinin kimliyini göstərdi. Dövlətinə xalqına,keçmişinə,gələcəyinə sahib çıxa bilən prezidentimiz İlham Əliyev “hakimiyyət-xalq” birliyinin möhkəmliyini,Azərbaycana uzun illərin həsrətinə son qoyaraq, Qarabağımızı qaytararaq, Qələbəmizi yaşatdı.

Çoxlu itki və dağıntılar hesabına əldə etdiyimiz Qələbə dövlətin qarşısında daha yeni vəzifələr qoydu. Bu vəzifələr uçub dağılan ərazilərin yenidən bərpası və infastrukturların yenilənməsi,yerli əhalinin yenidən həmin yerlərə köçürülməsi,yaşayış təminatının normal səviyyəyə çatdırılmasıdır. Bütün bunlara nail olmaq üçün dövlətimiz prezidentimizin düzgün və səmərəli sərəncam,qərarları ilə geniş təmir və abadlıqişlərinə start verib.

Bu məqsədlə xarici şirkətlər böyük iqtisadi layihələrə qoşulmaq niyyətlərini artıq bildirirlər.Həmin xarici şirkətlər Qarabağ ərazisində yenilənmə,abadlaşma işləri ilə maraqlanırlar.Çünki onlar da bu çoxillik plan və layihələrin iqtisadi maraq və imkanlara yol açacağını,prespektivlərinin şaxələnəcəyini dəqiq şəkildə proqnozlaşdırırlar.

Yeni həm yerli,həm xarici layihələrin həyata keçirilməsi üçün yenidən sahibləndiyimiz ərazidə müasir standartlara cavab veren yollar çəkilməsi,nəqliyyat qovşaqlarının yaradılması əsas şərtlərdəndir.Bu məqsədlə prezident İlham Əliyev Şuşa şəhərindən keçən geniş sahəli avtomobil yolunun – Qələbə yolunun çəkilməsinə sərəncam vermişdir.Bu yollar azad olunan ərazilərin aran zonasına çıxışını,digər rayonlara rahat gediş-gəlişi təmin edəcək.

30 illik məğlubiyyət və işğal həyatı yaşayan xalqımız uzaqgörən siyasətə malik olan prezidentimiz İlham Əliyevin sayəsində özünün varlığını,qüdrətini dünyaya bəyan etdi.Hərtərəfi inkişaf,yüksək hərbi hazırlıq,tərəqqi edən iqtisadiyyat Azərbaycanı dünya dövlətləri içərisində tanıtdı.

Dövlət başçımızın yorulmadan,çəkinmədən siyasət və iqtisadi meydanda atdığı addımlar Azərbaycanı durmadan irəliyə apardı.Prezident-xalq birliyi hər sahədə özünün danılmazlığını,möhkəmliyini göstərdi.

Dövlətimiz siyasi lider kimi xalqın sevimlisi olaraq İlham Əliyevə güvəndi.Bu güvənin doğru ünvanının məhz prezidentimiz olduğu hər uğurla,hər illəyişlə öz təsdiqini tapdı.

Prezident öz sərəncam və təklifləri ilə xalqın rifah halının yaxşılaşmasını yeni quruculuq işlərinin genişlənməsini,Azərbaycanın öz sərvətlərinin özünə,xalqa sərf olunmasını təmin etdi.

Tariximizdə öz qəhrəmanlığı ilə izlər qoyub gedən hərbi xadimlər,sərkərdələr sırasında İlham Əliyev özünəməxsus çəki,yer qazandı.Çünki məhz İlham Əliyev Azərbaycan tarixinin qara qanlı səhifəsi olan Qarabağ işğalını puç edən əvəzsiz dövlət xadimidir.Onun vətən,xalq yolunda etdiyi bu xidmətlər ölçüyə gəlməzdir.

Bütün bunlarla yanaşı Qarabağda “Ağıllı şəhər” layihəsinin reallaşması günümüzün irəliləyişidir. Bu layihədə köçürüləcək əhalinin normal yaşayışının təmin edilməsi şəhər və kəndlərin planlı şəkildə yenidən qurulması, infrastruktur obyektlərinin, körpülərin,yolların,örtüklərin,qovşaqların yaradılması bərpa abadlıq işlərinin miqyasının böyüklüyündən xəbər verir. Bu məqsədləri hədəf seçən dövlətimiz həm öz gücü hesabına həm də xarici dost dövlətlərin qarşılıqlı dəstəyi,iştirakı ilə irəliləyişlərə nail olacağına tam ümidlidir.

Artıq bu məqsədlərin yerinə yetirilməsinə yol açan aeroport,dəmir yolu tikintisinə başlanılıb. Füzuli, Laçın və Zəngilanda aeroportların inşası planlaşdırılır.Bu obyektlərin tikintisi,bərpası üçün artıq dövlətlər arasında uzunmüddətli müqavilələr imzalanıb,ilkin ödənişlər həyata keçirilib.

Əcnəbi investorlar Qarabağda kənd təsərrüfatı, aqrar sənaye,alternativ enerji istiqamətlərində sərmaye yatırımları etməyə də maraqlı olduqlarını bildiriblər.

Bu layihələrin böyük ölkələrin əməkdaşlığı ilə reallaşmsı Azərbaycanın bugünkü potensialından,gücündən və gələcək inkişafından xəbər verir.

Yaşasın azad,müstəqil,qalib və inkişafda olan qüdrətli Azərbaycan .!

 

Şəki şəhər 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini:Gülşən Həsənova


Açar sözlər: