Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 10 May–Ümumdünya Psixoloqlar Gününə həsr olunmuş "Risk qrupuna diqqəti artıraq" adlı onlayn seminar keçirilib.
Seminarda Şöbənin əməkdaşları, tərbiyə işləri üzrə direktor müavinləri, ümumi təhsil məktəblərinin psixoloqları, UBT və sinif rəhbərləri iştirak ediblər.
Görüşdə təhsil şöbəsinin müdir müavini Elxan Abdullayev ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məlumat verib.
Daha sonra çıxış edən təhsil şöbəsinin psixoloq-metodisti Əfruz Mustafayeva psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim və valideynlərlə qarşılıqlı əməkdaşlıq etmək və profilaktik psixoloji tədbirlər təşkil etmək barədə məsləhət verib.
Görüşdə məktəb psixoloqlarını düşündürən məsələlər haqqında danışılıb və qarşılıqlı müzakirələr aparılıb.