08.05.2021

Məktəblimiz "Ən yaxşı təqdimat" müsabiqəsinin nəticələrinə əsasən Respublika üzrə II dərəcəli diploma layiq görülüb

Şəki şəhər 10 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayxan Yusubov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 2020-2021-ci dərs ilində ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən Respublika üzrə II dərəcəli diploma layiq görülüb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.


Açar sözlər: ,  ,