10.05.2021

“Unudulmaz şəxsiyyət” adlı onlayn tədbir keçirilib

Mayın 10-da Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Şəhər Gənclər və İdman idarəsinin və Şəki şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Unudulmaz şəxsiyyət” adlı onlayn tədbir keçirilib. Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Şəhər Gənclər və İdman idarəsinin, Şəki şəhər Təhsil Şöbəsinin, Şəki Regional Kollecin əməkdaşları, orta-ixtisas və orta məktəblərin direktor və müəllimləri, gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov açaraq tədbirin məqsədi barədə məlumat verdi və Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb.

Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov çıxış edərək Ulu öndər Heydər Əliyevin gənclər siyasəti barədə danışıb. O, Heydər Əliyevin gəncləri hər zaman diqqətdə saxladığını, gənclərin inkişafı üçün proqramlar hazırlandığını, qanunlar imzalandığı qeyd etdi və gənclərə Ümummilli liderin həyat və fəaliyyətinin dərindən öyrənilməsini tövsiyə edib.

Şəki şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev Heydər Əliyevin təhsil siyasəti barədə ətraflı məlumat verib, təhsilə qayğısından, tələbələrə daim dəstək olmasından, gənclərin mütəxəssis kimi yetişməsində müstəsna xidmətlərindən danışıb.

Şəki Regional Kollecinin direktor müavini Rafiq Səmədov çıxış edərək, Heydər Əliyevin Azərbaycançılıq ideologiyası barədə danışdı. R.Səmədov qeyd etdi ki, əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.

Rəşid bəy Əfəndiyev adına Şəki şəhər 10 nömrəli orta məktəbin şagirdləri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin 2019-2020-ci təhsjl ili üzrə qalibi İnci Abdulsəlimli, 2020-2021-ci təhsil ili üzrə ikincisi Ayxan Yusubov çıxış edərək qazandıqları uğurlarla fəxr etdiklərini, dəstək olan hər kəsə minnətdarlıqlarını bildirdilər.


Açar sözlər: