08.05.2021

Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilib

Şəki rayon ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Keçirilən tədbirlərdə şagirdlərə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, dahi şəxsiyyətin nüfuzu, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar bu gün hər bir vətəndaş tərəfindən minnətdarlıqla anılır.

Çıxış edənlər ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ulu öndərin xatirəsinin ümumxalq məhəbbətinin təzahürünə çevrildiyini və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını diqqətə çatdırıblar.

Onlayn tədbirlərdə dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar da nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,