08.05.2021

 “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək” mövzusunda onlayn tədbir keçirilib

Şəki şəhər 12 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Rəvanə Hacıəhmədzadə tərəfindən  “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

Onlayn tədbirdə  şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilibdir.

Tədbirin sonunda yol hərəkəti qaydaları və təhlükəsizliyi ilə bağlı videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,