11.05.2021

"Sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası" adlı onlayn tədbir keçirilib

Mayın 11-də Şəki şəhər 12 nömrəli tam orta məktəbdə "Sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası" adlı onlayn tədbir keçirilib.

Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəbin direktoru, müəllimlər və valdeynlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar. Çıxışı zamanı Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblərin əsaslı təmir edildiyini və ya yenidən qurulduğunu diqqətə çatdırılıb. Həmçininin sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini gücləndirmək məqsədilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın uşaqların cəmiyyətə inteqrasiya olunması və təhsil almaları üçün əlverişli mühit yaratdığını da qeyd edib.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub


Açar sözlər: ,