07.05.2021

Məntiq Olimpiadası keçiriləcək

Mayın 8-də Şəki şəhər 10 nömrəli  tam orta məktəbdə rayonunun ümumi təhsil məktəblərinin 5-ci sinif şagirdləri arasında Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası keçiriləcək. Olimpiadada 250 yaxın  şagirdinin iştirakı nəzərdə tutulur.

Olimpiada saat 10:00-da başlayacaq və 12:00-da başa çatacaq. Olimpiadanın bu mərhələsində 30 test sualının cavablandırılması üçün şagirdlərə 2 saat vaxt veriləcək.

Yüksək nəticə göstərən şagirdlər olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Final mərhələnin isə may ayının sonunda keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,