Azərbaycanın ilk yarandığı gündən bu günə qədər çox çətin situasiyalarla üzləşmiş və bu situasiyaların hər birindən üzü ağ çıxmışdır. Bunun səbəbi Azərbaycan dövləti və xalqının çətin situasiyalara qarşı möhkəm iradə, əzmkarlıq göstərməsi, haqqını tələb etməsi və özünə qarşı haqsızlıqlara cəsarətlə sinə gərməsidir. Bu təməl sayəsində Azərbaycan hər gün inkişaf edir və bu inkişaf dünya arenasında Azərbaycanında söz sahibi olmasına imkan yaradır.
Azərbaycanın beynəlxalq arenada nüfuzu günü - gündən artır. Ölkəmiz beynəlxalq arenada yeni uğurlara imza atır. Bunlar Prezidentin istər daxili, istərsə də xarici siyasəti nəticəsində baş verir.
Azərbaycanın nüfuzlu BMT, İƏT kimi təşkilatlara üzv seçilməsi və bu təşkilatlara üzv seçilməsi və bu təşkilatlarda öz sözünü deməsi Azərbaycanın nüfuzunun hansı səviyyədə olduğunu göstərir. 1994 – cü il 4 may tarixində Azərbaycanın NATO – nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qəbul edilməsi, 1997 – ci il Azərbaycan, Gürcüstan və Ukrayna arasında strateji əməkdaşlıq haqqında sazişlərin imzalanması GUAM – ın yaradılması, Azərbaycanın GUAM – a üzv qəbul olunması, 2001 – ci ildə H. Əliyevin AŞPA – nın milli münaqişələrin həlli haqqında çıxış etməsi bu nüfuzu getdikcə artırdı.
Bundan başqa qeyd edə bilərəm ki, 2002 – ci il noyabrın 22 –də NATO Parlament Assambleyasının iclasında Azərbaycanın NATO PA –nın assossasiyalaşdırılmış üzvlüyünə qəbul edilməsi və 2003 – cü il 25 yanvar tarixində İlham Əliyevin AŞPA – nın vitse-prezidenti və qurumun büro üzvü seçilməsi bu nüfuzun bariz nümunəsidir.
Əlbətdə ki, bu uğurlar arasında bağlanılmış neft – qaz, enerji kontraktlarını da unutmamalıyıq. 1996- 1997- ci illərdə ölkə iqtisadiyyatının böhrandan çıxaraq sabit inkişaf etməyə başlanması dövründən 1997 – ci ildə “Əsrin Müqaviləsi” əsasında Xəzər dənizində neftin ilkin hasilata başlaması və xarici dövlətlərlə münasibətləri daha da möhkəmləndirməyə başladı. Bundan sonra bir – birinin ardınca yeni neft müqavilələri imzalamağa başladı. 1999 – cu ildə Bakı – Supsa “Qərb neft kəməri” istifadəyə verildi. 2001 – ci ildə isə Bakı – Tiflisi – Ərzurum qaz kəməri vasitəsilə ölkə qazının dünya bazarına çıxarılması haqqında Azərbaycanın Türkiyə və Gürcüstan sazişləri imzalandı. 2004 – cü ildə Bakı – Tiflisi – Ceyhan əsas neft kəmərinin inşasına başlanıldı. 2006 – cı il 13 iyulda bu kəmərin inşasının bitməsi 2006 – cı ildə Bakı – Tiflisi – Ərzurum qaz kəmərinin istifadəyə verilməsi Azərbaycanın necə sürətlə irəliləməsini göstərir. 2013 – cü ilin dekabrında İlham Əliyevin “XXI əsrin müqaviləsi” adlandırdığı müqavilənin imzalanması – Trans Anadolu (TANAP), Trans – Adriatik (TAP) kəmərlərinin tikintisi reallığa çevrildi. 2017 – ci ilin yayında Bakıda IV İslam Həmrəyliyi oyunlarının keçirilməsi və həmin ildə 30 oktaybrda Bakı – Tiflisi – Qars dəmir yolunun təntənəli açılışı mərasiminin keçirilməsi Azərbaycanın güclü, müstəqil dövlət kimi görmək istəməyən düşmənlərin heç vaxt sınmayan qürurunu sındırdı. Bütün bu bağlanmış kontraktların hər birindən Ermənistanın yararlana biləcəyi halda kənarda qalması Azərbaycanın günü – gündən qalxan nüfuzunun nəticəsi idi. 2017 – ci ilin sentyabrında İlham Əliyev BMT – nin 72 – ci sessiyasında çıxış edir. 2020 – ci ilin Münhen Təhlükəsizlik konfransında İlham Əliyev “Qarabağ Azərbaycandır!” - deyir, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır. Türkiyə və Pakistan kimiçox güclü dövlətlər Azərbaycanın haqq səsinə səs verirlər. Azərbaycan – Türkiyə - Pakistan adları bir qardaşlıq sinvoluna çevrilir.
44 günlük müharibə ərzində İlham Əliyev 30 – dan artıq xarici jurnalistlərə müsahibə verdi.Əlbətdəki müsahibələrin içərisində qərəzli müsahibələrdə vardı. Ancaq Prezident bu qərəzli müsahibələri özünün düzgün, Xalqın mənafeyinə xidmət edən, səlis, aydın fikirləri ilə susdurdu. Azərbaycanın necə dünyəvi, demokratik bir dövlət olduğunu bütün dünyaya bir daha çatdırdı. Həqiqətəndə belə bir prezidentin olması ilə fəxr edirəm.
Ötən ilin əvvəllərində Azərbaycanda başlamış pandemiya dövrü dünya iqtisadiyyatına çox böyük zərbə vurub. Bütün sahələrdə istər neft, qaz sahəsində, istər turizm sahəsində ümumiyyətlə bütün sahələrdə baş verən durğunluq Azərbaycan iqtisadiyyatında aparılmış düzgün xarici və daxili siyasət nəticəsində o qədər də özünü göstərmədi. Baxmayaraq ki, 30 illik Qarabağ münaqişəsi həlli yolunu tapdı, sülh müqaviləsi imzalandı, 44 günlük müharibə ərzində ordunun hər tərəfli təminatı da Azərbaycan iqtisadiyyatına heç bir təsir göstərmədi. Hal – hazırda 30 il erməni seperatçıları tərəfindən dağıdılmış, tarixi abidələri məhv edilmiş torpaqlarımız yenidən qurulur və bu quruculuq işləri üçün milyardlarla pul ayrılıb. Məhz bütün bu vəsaitlər vaxtilə Azərbaycanın mənafeyinə xidmət edən düzgün kontraktların imzalanması nəticəsində dövlət büdcəsinə toplanmışdır. Nəzərə alsaq ki, 70 il Rusiya Federasiyasına xidmət edən dövlətimiz İttifaqdan ayrılan zaman çox zəif dövlət büdcəsi, hətta Ordusu belə olmayan dövlət kimi öz müstəqilliyini qurmuşdu. Bu sürətli inkişaf gənc Azərbaycan dövləti üçün çox böyük, çox az dövlətin bacara biləcəyi uğurudur. Bu dövlətin vətəndaşı olduğum üçün çox şanslıyam.
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!
Şəki rayon Qoxmuq kənd tam orta məktəbin ingilis dili müəllimi Rayfə Əzizova