Şəki şəhər 10 nömrəli tam orta məktəbin psixoloqu Aynurə Yusifova tərəfindən "Hüquqlarımızı öyrənək və bilək" mövzusunda onlayn maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin müəllimləri və şagirdlər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd uşaq hüquqlarını təbliğ etmək, hüquq düşüncəsini, hüquq mədəniyyətini inkişaf etdirməkdən ibarətdir.
Onlayn tədbirdə uşaq hüquqları, uşaq hüquqlarının müdafiəsi barədə söhbət aparılıb, bu mövzuda məruzələr dinlənilib.
Daha sonra isə mövzu ilə əlaqədar fikirlərini bildirmələri üçün şagirdlərə söz verilib.