Mayın 6-da Şəki Şəhər Təhsil Şöbəsinin və Rasim Ocaqov adına Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Ekologiya və biz" adlı onlayn tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, Digər rayonların Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorları, Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd uşaqlara təbiətlə düzgün təmas vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrdə ekoloji etikanın formalaşması işinə yardım etməkdən ibarətdir.
Tədbiri giriş sözü ilə açan Rasım Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xalidə Əliyeva bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs etmiş və tədbirin mаhiyyəti bаrədə iştirаkçılаrа məlumаt vеrib.
Onlayn tədbirdə çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev erməni işğalçıların Qarabağ ərazisində törətdiyi ekoloji terror aktları və təbiətin vəhşicəsinə talan olunması haqqında tədbir iştirak edən şagirdlərə ətraflı məlumat verib.
Daha sonra çıxış edənlər ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasına dair qəbul edilən dövlət proqramlarından və əhalinin ekoloji maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Şagirdlərə su ehtiyatlarının və atmosferin çirklənməsi, torpaqların deqradasiyası, biomüxtəlifliyin azalması və digər ekoloji problemlər haqqında geniş məlumat verilib, problemlərin həlli yolları izah olunub.
Tədbir şagirdləri maraqlandıran sualların müzakirəsi ilə davam edib. Sonda ekoloji mühitdən behs edən videoçarx nümayiş olunub.