SSRİ dağılmazdan qabaq dövlətimizin milli təhlükəsizliyinin vacib komponentlərindən biri də enerji siyasəti idi. XX əsrin 70-80-ci illərində respublikanın müstəqil fəaliyyət göstərmək imkanı qazanmış energetika sistemi əhalinin və iqtisadiyyatın key¬fiyyətli elektrik enerjisinə tələbatını tam ödəyirdi. SSRİ dağıldıqdan sonra yaranmış siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyük problemlər yarandı. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt energetika sisteminə xarici sərmayələr cəlb edilməsinə imkan verdi.
Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsi və su elektrik stansiyasının inşasının, Mingəçevir SES-də yenidənqurma işlərinin başa çatdırılması, Abşeron yarımadasında yeni generasiya güclərinin 2000-ci ildə işə salınması ilə enerji sistemində yeni inkişaf mərhələsinin əsası qoyulmuş oldu.
Azərbaycan Respublikasında “Enerji resurslarından istifadə haq-qında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” 2000-ci il 29 iyun tarixli “Əhalinin və iqtisadiyyatın ener-jidaşı¬yıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında”, 2001-ci il 12 oktyabr tarixli “Ener¬getika haqqında” qanunları, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və Azərbaycan Respublikasında elektirik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamları bu sahədə görülən işlərin qanunvericilik bazasının möhkəmləndirilmə -sində mühüm əhəmiy-yətə malik olmuşdu.
2004-cü ildə qəbul edilmiş Dövlət Proqramının icrası bölgələrdə elektrik enerjisi, qaz, su təchizatı sahəsində köklü dəyişikliklərə səbəb olmuşdu. Son illərdə ölkə üzrə 8 modul tipli elektrik stansiyası tikilib istifadəyə verilmişdi ki, bunun 6-sı regionların payına düşürdü.
2001-2008-ci illərdə əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdi. 2003-cü ildə Azərbaycanda qazla təchizatın səviyyəsi 62% təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 85 %-ə çatmışdı. 2004-2008-ci illərdə regionlarda 6000 km yeni qaz xətləri çəkilmişdi.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı proqra¬mının uğurla həyata keçirilməsi nəticəsində 2008-ci ildə iqtisadiyyatın 35% artımı elektrik enerjisi istehlakının strukturunda da öz əksini tapmışdı. Belə ki, respublika üzrə ildə adambaşına düşən elektrik enerjisi istehsalının miqdarı 2800 kVts-dan yuxarı olmuşdu ki, bu da orta hesabla inkişaf etmiş ölkələrin göstəricilərinə yaxın idi.
Heydər Əliyev irsinin davamçısı Prezident İlham Əliyev respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq və tamamilə yeni strategiyanı və mikroiqtisadi konsepsiyanı reallaşdırmaq üçün 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nı təsdiq etdi. Bu fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində bölgələrdən mərkəzə miqrasiya meylləri azalmış, ölkənin iqtisadi inkişafı sürətlənmiş, əhalinin bölgələrdə işgüzar fəallığı yüksəlmiş, rifah halı yaxşılaşmışdı.
Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən səmərəli tədbirlər sahibkarlığın regional strukturunda da əhəmiyyətli dəyi¬şikliklərə səbəb olmuşdur. Əgər əvvəllər sahibkarlıq subyektlərinin mütləq əksəriyyəti Bakı şəhərində cəmləşirdisə, artıq 2006-cı ildə fəaliyyət göstərən müəssisələrin 54,5% rayonların payına düşürdü. Dövlət Proqramının yerinə yetirilməsi nəticəsində ölkədə 741 min iş yeri açılmışdı. Onun 80%-i regionlarda idi. Respublikada 2008-ci ilə qədər 463 emal, 782 tikinti, 617-ə yaxın kənd təsərrüfatı, 1000-dən çox ticarət və xidmət müəssisəsinin 40%-i regionlarda açılmışdı. Ölkədə aparılan regional siyasət nəticəsində regionların dinamik inkişafı davamlı xarakter almışdı.
1993-cü ilin II yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində respublikada ictimai-siyasi sabitliyin təmin olunması, Azərbaycanın iqtisadi inkişafında mahiy¬yətcə yeni mərhələnin təməlinin qoyulması, Azərbaycan üçün həyati əhəmiyyəti olan “Əsrin müqaviləsi”nin imzalanması, həm respubli¬kanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici uğurların əldə edilməsi məsələlərindən bəhs edilir.
Müstəqillik illərində sənayenin inkişafı ilə yanaşı, kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilmiş, bu sahə ilə əlaqədar 40-dan çox hüquqi sənəd qəbul edilmiş, onların əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndli ailəsinə 1372, 8 min hektar torpaq sahəsi verilmiş, ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyət göstərməyə başlamışdı. İstehsal edilən kənd təsərrüfatı məh¬sullarının 99,1%-i məhz onların payına düşürdü.
Respublikamız XXI əsrin ilk illərindən başlayaraq iqtisadi artım tempinə görə dünyada qabaqcıl yerlərdən birini tutmağa başlamışdı. O cümlədən adambaşına düşən ümumi daxili məhsulun həcmi 2004-cü ildə 1060,3 ABŞ dolları təşkil etmişdisə, 2008-ci ildə isə 145905,3 ABŞ dollarına çatmışdı. Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcminə görə 181 ölkə arasında 123-cü yerdən 76-cı yerə keçmişdi.
Bəhs olunan dövrdə Azərbaycan hökumətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də yoxsulluğun azaldılması ilə bağlı strate¬giyanı təkmilləşdirməkdən ibarət idi. Azərbaycan Respublikası Prezidentinin “2003-2005-ci illərdə Azərbaycan Respublikasında yoxsul¬luğun azaldıl¬ması və iqtisadi inkişafı Dövlət Proqramı” həmin məqsədlərə çatmağa böyük stimul vermişdi. Yoxsulluğun azaldılması istiqamətində məqsəd¬yönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi 2002-
Yeni iş yerlərinin açılması, regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin görülməsi ölkə əhalisinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsinə imkan verirdi.
Şirinbulaq kənd ümumi orta məktəbin direktoru: Tarix üzrə fəlsəfə doktoru Zaur Səlimov