Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstəərn ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri müəyyənləşib.
Nəticələrə əsasən 110 nəfər şagirdimiz Respublika fənn müsabiqələrinin final mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin keçirilməsinin məqsədi istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdləri arasında fənlərə olan marağın artırılması, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin cəlb edilməsidir.
Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər müsabiqənin final mərhələsində seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər. Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.