Aprelin 30-da Şəki Şəhər Təhsil Şöbəsi təşkilatçılığı ilə "Düzgün peşə seçimi edək" mövzusunda onlayn maarifləndirici tədbiri keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, Şəki Peşə Təhsil Mərkəzinin direktoru Şahin Şirinzadə, 12 saylı Əhalinin Məşğulluq Mərkəzinin məsləhətçisi Azər Əliyev, məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində, onlara gələcəkdə peşə və ixtisas seçimində köməklik göstərilməsi ibarətdir.
Onlayn keçirilən tədbirdə gənclərin qarşısında duran vacib amillərdən biri olan düzgün peşə və ixtisas seçimləri, bu işdə daha məsuliyyətli və dəqiq olmalarını tövsiyə edilib.
Sonda mövzu ilə bağlı şagirdlərin fikirləri dinlənilib.