27.04.2021

Müzəffər ordunun Ali Baş Komandanı

 

Ordu quruculuğunda ilk addımlar Ulu Öndər Heydər Əliyevin Respublikamıza birinci rəhbərliyi dövründə atılmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü,zəhməti və uzaqgörənliyi sayəsində tarixi addim atıldı.1971-ci ildə Cəmşid Naxcıvaniski adına hərbi təmayüllü məktəb yaradıldı. Həmin məktəb milli zabit kadrlarının hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rola malikdir.

Ümummilli lider Heydər Əliyevin 1993-1998-ci illər Azərbaycan Respublikasında birinci prezidentliyi dövründə Füzuli rayonunun Horadiz qəsəbəsi,Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra kəndləri işğaldan azad olundu.1994-cü ilin mayında Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edildi.

Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994- cü illər ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal etmişdi.Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək,Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzliyi haqqında mifi”darmadağın etdi. Milli ordumuzun gücünü bütün dünyaya göstərdi.

Ermənistan ordusu hələ 2016-cı ilin aprel döyüşlərində ciddi “dərs aldı”.Yeni müharibə baş verəcəyi təqdirdə Azərbaycan ordusunun nəyə qadir olacağını dərk etmişdi.

2020-cı ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibəyə başlayacağından xəbər verirdi. 27 sentyabr səhər saatlarinda yeni təxribatlara başlayan Ermənistan ordusuna Azərbaycan ordusu cavab tədbirləri gördü. 2020-cı il 10 noyabr tarixinə qədər davam edən döyüşlər Ermənistan ordusunun kapitulyasiyası ilə başa çatdı. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik həsrətə son qoydu.

Prezident İlham Əliyevin 17 ildə həyata keçirdiyi güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasında başlıca səbəbdir.Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi,Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin peşəkar siyasətinin nəticəsidir.

Hazırda Cənubi Qafqazın ən güclü ordusuna malik Azərbaycanın Silahlı qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir

YAŞASIN MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU!

YAŞASIN MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV!

 

Şəki rayon Kiçik Dəhnə kənd 2 nömrəli tam orta məktəbin direktoru Elvin Mustafayev.

 


Açar sözlər: