13.04.2021

“Narkomaniyaya yox deyək” və “Erkən nikah və onların fəsadları”  mövzularında onlayn maarifləndirmə tədbiri keçirilib

Şəki şəhər 6 nömrəli tam orta məktəbdə  “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onların fəsadları”  mövzularında onlayn maarifləndirmə tədbiri keçirilib.

Onlayn tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.

Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

Daha sonra “Erkən nikah və onların fəsadları”  mövzusunda çıxış edənlər erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməsindən və ailədaxili zorakılıq hallarını ortaya çıxarmasından danışılıb.

Sonda mövzulara aid video çarx nümayiş olunub.


Açar sözlər: ,  ,