09.04.2021

"Media savadlılığı" mövzusunda onlayn tədbir keçirilib

Şəki şəhər Fizika Riyaziyyat və Humanitar təmayüllü liseyin informatika müəllimi Kainat Abdullayeva tərəfindən "Media savadlılığı" mövzusunda onlayn tədbir keçirilib.

Onlayn tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə medianın növləri, əhəmiyyəti, həyatımızda rolu və media savadlılığı haqqında ətraflı məlumat verilibdir.

Sonda mövzu ətrafında tədbir iştirakçıları öz fikirlərini bölüşüb.


Açar sözlər: ,  ,  ,