Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Sağlam bədəndə sağlam ruh və sağlam düşüncə olar!" adlı onlayn tədbir keçirilib. Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları və muavinləri, psixoloqlar və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Təhsil Şöbəsinin kimya və biologiya üzrə medodisti Şəhla Rəsulova tədbirin məqsədini, mahiyyəti haqqında iştirakçılara məlumat verib.
Daha sonra onlayn tədbirdə icbari dispanzerisasiyada hansı xəstəliklərin müayinəsinin vacib olduğu,yoluxucu xəstəliklərdən qorunma yolları haqqında maarifləndirici söhbətlər aparılıbdır.
Tədbirin sonunda mövzuya uyğun videoçarx nümayiş olunub.