31.03.2021

Onlayn görüş keçirilib

Martın 31-də  Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova valideyn komitəsinin sədrləri ilə "Rayonun ümumtəhsil məktəblərində indiki şəraitdə şagirdlərin təhsili ilə bağlı valideyn mövqeyi" mövzusunda  onlayn görüş keçirib.

Görüşdə Xüsusi karantin rejimi dövründə Nazirlər Kabinetinin qərarları və Təhsil Nazirliyinin metodiki göstərişlərinə müvafiq tədrisin və təlim-tərbiyə prosesinin təşkili sahəsində görülən işlər, əyani və distant dərslərin keçirilməsi təcrübəsi, yaranmış vəziyyətdə təlim keyfiyyətinin yaxşılaşdırılması yolları müzakirə olunub.

Sonda təkliflər dinlənilib.