18.03.2021

ll Qarabağ müharibəsi iştirakçıları olan müəllimlərlə görüş keçirilib.

Şəki Şəhər Təhsil Şöbəsinin  və Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Şəki rayon Komitəsinin təşkilatçılığı ilə ll Qarabağ müharibəsi iştirakçıları olan müəllimlərlə görüş keçirilib.

Görüşdə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılov və əməkdaşları, və Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Şəki rayon Komitəsinin sədri Ziyafət Xasıyeva və müharibə iştirakçıları iştirak ediblər.

İlk öncə Xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edənlər Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə müharibə iştirakçılarını təbrik ediblər.Tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs edilib.

Görüşdə iştirak edən II Qarabağ müharibəsi iştirakçıları ordumuzun gücündən, ölkəmizdə müharibə veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan və döyüş xatirələrindən danışıblar.

Sonda II Qarabağ müharibəsi iştirakçılarına  Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Şəki rayon Komitəsinin  Fəxri fərman və hədiyyələri təqdim olunub.


Açar sözlər: ,