Şəki şəhər 11 nömrəli tam orta məktəbdə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında onlayn tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, məktəbin müəllimləri və VI-IX sinif şagirdləri iştirak ediblər.
Maarifləndirici tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.
Onlayn tədbirdə şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilibdir. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıbdır.
Tədbirdə yol hərəkəti qaydaları və təhlükəsizliyi ilə bağlı videoçarx da nümayiş olunub.