Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir.
Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Bu Qələbə Qafqazda və ümumilikdə, regionda terrorçu və faşizm rejiminin süqutuna səbəb oldu. Ölkə başçısı cənab İlham Əliyev noyabrın 25- də Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciəti zamanı bu barədə demişdir: “Mən bir daha deyirəm və hər dəfə deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.
Son 30 il ərzində Ermənistana rəhbərlik edən terrorçu və quldur dəstələrin apardıqları destruktiv siyasət nəticəsində münaqişənin danışıqlar yolu ilə həllində diplomatik sahədə müsbət nəticələr əldə etmək mümkün olmadı. Hər dəfə danışıqları uzatmaq, münaqişəni donmuş vəziyyətdə saxlamaq və işğal olunmuş əraziləri Azərbaycana qaytarmamaq Ermənistan dövlətinin əsas məqsədi idi. Lakin, Azərbaycan Ordusunun peşəkarlığı və möhtərəm Prezidentimizin mahir hərbi strateq təcrübəsi nəticəsində bu siyasət iflasa uğradı. Son zamanlar erməni mətbuatında Ermənistanın iqtidar, müxalifət və eləcə də bir sıra ictimai-siyasi xadiminin bu müharibənin əvvəl gündən uduzulacağı haqqında söylədikləri fikirləri bunu bir daha sübut etdi.
Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək qələbə əzmli silahlı qüvvələr kimi işğalçıları tarixi torpaqlarımızdan qovdu. Bir sözlə, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Beləliklə, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.
Ermənistanın birinci prezidenti LevonTer-Petrosyanın müşavir i və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Liparidyan BBC- yə müsahibəsində Azərbaycanın qələbəsini şərh edərək deyib: “Nəzərə almalıydıq ki, zaman keçdikcə Azərbaycan hərbi güc və ehtiyat nöqteyi-nəzərindən daha da güclənir. Razılaşmaya gedən yol nə qədər uzanırdısa, müharibənin olması da bir o qədər yaxınlaşırdı və bu müharibəni qazanmaq şansımız da azalırdı”.
Siyasi hakimiyyətdə bir-birini əvəz edən erməni cəlladları da artıq indiki baş nazir Nikol Paşinyana və onun həyata keçirdiyi siyasətə qarşı çıxaraq müharibənin uduzulmasında əsas təqsirkar kimi onu göstərirlər. Vaxt ı ilə 1998-2008-ci illərdə Ermənistanın prezidenti olduğu müddətdə Paşinyanın siyasi kursundan heç də fərqli mövqe sərgiləməyən, Xocalı soyqırımının təşkilatçılarından biri olan Robert Koçaryan Ermənistanın məğlub olmasını və baş verən siyasi böhranı şərh edərək deyib ki, Ermənistan rəhbərliyi ehtiyatsız hərəkətləri və bəyanatları ilə Qarabağı müharibəyə sürükləmək üçün əlindən gələni edib. Baş qərargah rəisinin Ermənistanın müharibəyə hazır olmadığını məruzə etdiyini nəzərə alsaq, bu ölümcül bir səhv idi. Hətta, 2016-cı ildə Ermənistanda baş vermiş inqilab nəticəsində siyasi hakimiyyət i uduzan Serj Sarkisyan da baş vermiş hadisələrdə “Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən” deyərək birbaşa Paşinyanı günahlandırmışdır.
Azərbaycan Ordusu haqq işi uğrunda başlanan müharibəni şanlı Qələbə ilə başa çatdırdı. Ermənistan ordusu ilə yanaşı, siyasi və hərbi rəhbərliyini də diz çökdürdü. Bu müharibə nəticəsində aparılmış əməliyyatlar zamanı məlum oldu ki, 30 il ərzində danışıqlardan imtina edən Ermənistan Qarabağda keçilməz istehkamların qurulması üçün milyardlarla vəsait xərcləmişdi. Rəşadətli ordumuzun Füzuli və Cəbrayıl istiqamətlərindəki hərbi əməliyyatları zamanı işğaldan azad olunmuş ərazilərdə keçilməz mühəndis istehkamlarının olduğu aşkarlandı və darmadağın edildi. Bununla da bir daha sübut olundu ki, Ermənistan heç də Qarabağın Azərbaycana qaytarılmasını istəmirdi. Ölkə başçısı bu məsələyə toxunaraq bildirmişdi: “Əgər Azərbaycan Ermənistan ı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə –işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar atarkən, bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər”.
Erməni hərbi ekspertlər bu istehkamlara “Ohanyan xətti” adını verərək, müharibə başlayacağı təqdirdə, Azərbaycan Ordusunun bu istehkamları, ən yaxş ı halda, bir ay müddətində keçə biləcəyi deyilmişdi. Lakin, sentyabrın 27- də qəhrəman ordumuz tərəfindən başlanan əks-həmlə əməliyyatının ilk uğurları və oktyabrın 4- də Cəbrayıl şəhərinin azad olunması ilə bu xülyalar da alt-üst oldu. Azərbaycan Ordusu illər ərzində Ermənistanın mövcud olan “yenilməz ordu” mifini də darmadağın etdi.
44 günlük müharibədə müzəffər ordumuz 5 min kvadrat kilometrə yaxın ərazini işğaldan azad etdi. Qısa müddət ərzində bu qədər ərazinin azad olunması tarixi bir qələbədir. Bu Qələbəni Azərbaycan əsgəri öz rəşadəti, gücü və əzəməti ilə tariximizə əbədi həkk etdi. Müzəffər Ordumuzun peşəkarlığ ı güclü silahlı qüvvələrinə malik olan bir sıra iri dövlətlərin hərbi ekspertlərinin əsas müzakirə mövzusuna çevrildi. Qeyd olundu ki, Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparır. Noyabrın 8- də isə Şuşanın azad olunması Vətən müharibəsinin pik nöqtəsi oldu. Bu, Azərbaycan Ordusunun xüsusi peşəkarlığı və bacarığı nəticəsində mümkün olmuşdur.
Bu Qələbə Ermənistan ı rəzil bir duruma salıb, siyasi və iqtisadi təlatümlərə düçar edib. Döyüş meydanında işğalçı ölkənin təxminən 4 milyard dollar dəyərində hərbi texnikası məhv edilmiş və qənimət kimi götürülmüşdür. Ermənistanın xarici borcunun ümumi daxili məhsulun təxminən 60 faizini təşkil etməsini, valyuta ehtiyatlarının isə 1 milyard olmasını nəzərə alsaq və yaxın illərdə rəsmi İrəvana ənənəvi yardımların olmayacağı təqdirdə ölkənin dirçəlməsi üçün ən azı 40-50 il tələb olunmasını deməyə əsas verir.
Ərazilərin işğaldan azad olunması Ermənistanın ərzaq təhlükəsizliyinə də ağır zərbə vurub. Belə ki, Ermənistanın 190 min ton bir illik taxıl ehtiyacının 90 min tonu işğaldan azad olunmuş rayonların payına düşürdü. İndi isə işğaldan azad olunduqdan sonra bu defisitin aradan qaldırılması işğalçı ölkə üçün ağır olacaq.
Qələbə Azərbaycan üçün regionda yeni siyasi dividendlər qazandırmışdır. Belə ki, 10 noyabr tarixli bəyanatla bölgədə bir sıra həll edilməmiş problemlər öz həllini tapdı. Uzun illər ərzində öz torpaqlarından qaçqın düşmüş vətəndaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaq və bölgədə 30 ilə yaxın bağlı qalmış nəqliyyat və kommunikasiya xətləri açılacaq. Bununla da Azərbaycan bölgədə yeni geosiyasi konfiqurasiyanın konturlarını çəkmiş oldu. Artıq Qafqazda yeni əməkdaşlığı nəzərdə tutan alyansın yaranması prosesi başlanıb. Azərbaycan dövləti rəsmi olaraq Qarabağda bir sıra infrastruktur layihələrin icrasına başlayıb. Qeyd olunanlar rəşadətli ordumuzun hərbi əməliyyatlarda qazandığı uğurlarla birbaşa bağlıdır. Bu uğurlar döyüş meydanı ilə yanaşı, siyasi səhnədə möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən siyasətlə təmin edilmişdir. Ölkə başçısının uzaqgörən siyasət i nəticəsində bu gün dünya birliyi Ermənistanı işğalçı dövlət kimi tanıyır. Bu siyasət nəticəsində Ermənistan bütün layihələrdən kənarda qalıb. Ölkə Prezidentinin həyata keçirdiyi mükəmməl hərbi strategiya sayəsində Ermənistan məğlub tərəf kimi, Azərbaycanın diktə etdiyi bütün şərtlər və tələblərlə razılaşmaq məcburiyyətində qalmışdır.
Dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. Bu, qalib ordunun qalib sərkərdə qarşısından şanlı keçidi oldu. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı. Bu günü səbirsizliklə gözləyirdik. Bu parad qalib sərkərdə, qalib ordu və qalib xalqın birlik rəmzinə çevrildi. Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Azadlıq meydanına gətirildi və Qələbə simvolu kimi dalğalandı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin 2018-ci ildə keçirilmiş hərbi paradda “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” vədi reallığa çevrildi. Müzəffər Şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanı töküldüyü QARABAĞ AZƏRBAYCANDIR!.
Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin tarix müəllimi Yunusova Əmanət