12.03.2021

İşğaldan azad olunmuş ərazilərdə birgəyaşayış ritorikası.

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən Milli siyasətin apardığı çoxmillətli və​çoxdinli ölkədir. Tarixən Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməyib, tolerantlıq milli mentalitetimizə xas olub. Yüzilliklər boyunca Azərbaycanda məskunlaşan və müxtəlif dinlərə etiqad edən xalqlar sülh və əmin-amanlıq şəraitində ​ ​ ​ ​ dinc-yanaşı yaşayıblar, aralarında ayrı-seçkilik olmayıb. Bu ənənə eyni qaydada davam etməkdədir.

Ümummilli Lider Heydər Əliyev hər zaman bu fikirdə olmuşdur ki, ”Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan-onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir.” ”Azərbaycan” sözü bizi həmişə birləşdirib.

Əslində, dini və etnik tolerantlığın Azərbaycan xalqının qanında, canında, kökündə vardır desək, yanılmarıq. Milli​ ənənələrimizdə, mentaletimizdə, habelə sosial, mənəvi və dini düşüncələrimizi özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır.

Azərbaycan əhalisinin çoxmillətli tərkibi bizim sərvətimiz, üstünlüyümüzdür.” Azərbaycan” sözü tarix boyu birləşdirici, həmrəylik və həmfikirlilik missiyasının daşıyıcısı olmuşdur. Hər birimizə məlumdur ki, xalqımızın düşmənlərinin əsrlər boyu ən böyük arzusu​ da bu bütövlüyü pozmaq olmüşdür. Bu məqsədlə düşmənlərimiz​ tərəfindən Azərbaycanda yaşayan millət və xalqlar arasında nifaq toxumu səpməyə, qardaşlıq və inam hissini sarsıltmağa, separatizm meyllərini yaymağa cəhdlər göstərilmişdir.

Ümumi götürdükdə, 1828-ci ildə ermənilərin bölgəyə köçürülməsindən sonra Azərbaycan və Ermənistan əhalisi birgə yaşayıblar. Ermənilərin “Böyük Ermənistan” xəyalları olmasaydı, bu gün həmin o birgə yaşayış davam edəcəkdi. Ermənistan rəhbərləri əsrlər boyu bu torpaqlarda yaşamış kürdlər, gürcülər və s. xalqlarla yanaşı öz dədə-baba​ yurdunda yaşayan azərbaycanlıların da ölkədən kütləvi deportasiyasını təşkil etdilər. Bu​ ölkədə həmin xalqlara məxsus olan qədim tarixə malik milli-mədəni abidələri xarabazara çevirdilər.

Azərbaycanda isə eyni dövr ərzində öz ərazisində yaşayan digər xalqlara münasibətdə bunların əksi baş verdi. Bunu bütün dünya təşkilatlarının Azərbaycanda tolerantlıqğın güclü inkişafını etiraf etməsi də sübut edir.

Azərbaycanda birgəyaşayış və dini etiqad azadlığının təmin olunması ilə bağlı​dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl davam etdirilir.

Dağlıq Qarabağ uğrunda apardığımız haqlı mübarizədən sonra işğaldan azad olunan ərazilərdə ermənilərlə azərbaycanlıların birgəyaşayışı qarşıda duran məsələlərdən biridir. Təklif olunur ki, azərbaycanlılar Qarabağda əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalı və erməni əhalisi də həmin torpaqlarda yaşamalıdır.

Bunu Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib. Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgəyaşayışı barədə çıxış edərkən deyib ki, işğaldan azad olunmuş zonada bütün əhalinin, o cümlədən, erməni əhalisinin təhlükəsizliyinə təminat verilir. Hər hansı bir problem yoxdur, onlara da biz öz vətəndaşımız kimi baxa bilərik. Hesab edirəm ki, milliyyətindən asılı olmayaraq, orda qalan hər bir kəs təhlükəsiz yaşaya biləcək. Onların bütün hüquqlarından istifadə etməklə normal yaşayışı təmin ediləcək. Çünki, Azərbaycan Ermənistandan fərqli olaraq monoetik dövlət deyil. Bizim ölkəmizdə bütün etnik qruplara eyni şəkildə münasibət nümayiş etdirilir. Buna görə də bizi bütün dünyada nümunə göstərirlər.

Bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir. Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir.

Bütün olanlara baxmayaraq, Azərbaycan dəfələrlə bəyan edib ki, ərazi bütövlüyümüz çərçivəsində Qarabağda ermənilərin yaşaması mümkündür. Əgər istəyirlərsə, digər etnik qruplar kimi onlar da heç bir referendum keçirmədən Azərbaycanın tərkibində yaşaya bilərlər. Bundan başqa məlumdur ki, bu gün Azərbaycanın müxtəlif şşəhərlərində ermənilər yaşamağa davam edir. Azərbaycan hər zaman tolerant, çoxmillətli və multikultural ölkə olaraq digər etnik qruplara qarşı dözümlü yanaşıb.

Azərbaycan döyüş bölgəsindəki dinc erməni sakinlərinin ərazini tərk etməsi üçün humanitar dəhlizi açıq saxladı. Deməli, azərbaycanlılar ermənilərlə dinc yanaşı yaşamaq üçün körpüləri yandırmayıb. Bu baxımdan Azərbaycan tərəfi ermənilərin yerli azərbaycanlılarla dinc yanaşı yaşaması üçün hər cür şəraiti yaradıb.

Təəssüflər olsun ki, Azərbaycan tərəfi öz erməni vətəndaşlarına birgə yanaşı yaşamaq üçün ən yüksək səviyyədə təminat verdiyi halda Ermənistan rəsmiləri bununla bağlı qarşıdurma yaradırlar. Ona görə ehtimal etmək olar ki, ermənilər Qafqazda, o cümlədən Azərbaycanda yaşamaq istəsə gərək başqa xalqlara düşmən mövqeyindən çəkinsinlər.

Biz başqa millətlərə qarşı etnik təmizləmə işi görməyən bir dövlətik. Tarixən belə olub, türklər imperiya dövründə belə getdikləri torpaqlarda kilsələri də qoruyublar, insanlara da təhlükəsiz yaşamaq üçün hər cür şərait yaradıblar. Erməni vətəndaşların necə davranacağı artıq gələcəyin işidir. Millətindən asılı olmayaraq Azərbaycan dövlətinə qarşı kimsə separatçı hərəkət edərsə, qanunları pozarsa, qanun qarşısında cavab verəcək.

Azərbaycan bizim hamımızın-azlığından və ya çoxluğundan asılı olmayaraq, burada yaşayan bütün xalqların ümumi evidir. Onu sevə-sevə qorumaq, qoruyaraq sevmək hər bir kəsin başlıca qayəsi olmalıdır. Vahid amal uğrunda çiyin-çiyinə yaşayıb mübarizə aparmaqdan, səndən heç nəyini əsirgəməyən müstəqil bir dövlətin azad vətəndaşı olmaqdan insana qürur gətirəcək heç nə ola bilməz. Bütün təfərrüatları ilə bir-birini​tamamlayan bu ideyanı ölkə ərazisində yaşayan milli azlıqların birlik tələbi kimi də dəyərləndirmək olar. Tarixin həlledici anında azərbaycançılığın vahid ideologiya kimi irəli sürülməsi Müstəqil Azərbaycan adlı bölümnəz Vətənimizin dərdinə məlhəm oldu.

Şəki şəhər 17 saylı tam orta məktəbin tarix müəllimi Xəlilova Sevda Kazım qızı.


Açar sözlər: ,