05.03.2021

“Narkomaniyaya yox deyək və onun törətdiyi bəlalar” və “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında onlayn tədbir keçirilib.

Martın 5 -də Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı və Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyək və onun törətdiyi bəlalar” və “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında onlayn tədbir keçirilib.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Gənclər və İdman idarəsinin, Şəki şəhər Təhsil şöbəsinin və Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları,  məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Onlayn tədbirin keçirilməsində əsas məqsəd iştirakçıları narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha səmərəli iş aparmaq üçün məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaq ibarətdir.

Tədbirdə yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, mövzusunda geniş məruzələrlə çıxış ediblər.

Daha sonra onlayn tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb.

Onlayn tədbirin sonunda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş etdirilib. 


Açar sözlər: ,  ,  ,