03.03.2021

Sinif otaqlarına şəhidlərin adı verilib

Şəki şəhər 14 nömrəli tam orta məktəbdə şagirdlərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə maraqlı addım atılıb.

Belə ki, məktəbin bütün sinif otaqlarına Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin adları verilib və hər sinifdə həmin qəhrəmana aid sinif guşəsi yaradılıbdır.

Qeyd edək ki, Şəki rayon ümumtəhsil məktəblərində təhsil alan məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.


Açar sözlər: ,  ,