Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadəsinin təmin edilməsinə dair 2020/2022-ci illər üçün Tədbirlər Planı”nının tələblərinə uyğun olaraq keçirilib
Tədbirin keçirilməsində məqsədi dünyada, o cümlədən Azərbaycanda da mövcud olan su problemləri, insan həyatı və sağlamlığı, öncəliklə də uşaqların həyatı və sağlamlığının mühafizəsi üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri və su itkilərinin qarşısının alınmasında məktəblilərin məlumatlandırılması və maarifləndirilməsindən ibarətdir.
Onlayn keçirilən tədbirdə şagirdlərə Azərbaycan ərazisindəki su anbarları, onların əhəmiyyəti, sudan qənaətli istifadə yolları və digər məsələlər barədə ətraflı məlumat verilib. Həmçinin şagirdlərdə mövzu ilə bağlı daha dolğun məlumat formalaşdırmaq üçün videoçarxlar nümayiş etdirilib.
Sonda şagirdləri maraqlandıran suallara cavab verilib.