01.03.2021

Tədrisin pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilməsinə nəzarət edilir

Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları tərəfindən tədrisin pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilməsinə nəzarət edilir.

Mövcud qaydalara əsasən əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.

Qeyd edək ki, təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır.


Açar sözlər: ,  ,  ,