26.02.2021

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı onlayn tədbirlər keçirilib

Şəki rayon ümumtəhsil məktəblərində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı onlayn tədbirlər keçirilib.

Tədbirlərin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin ehtiramla xatirəsini yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.

Tədbirlərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə  29 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışılıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını bildiriblər. İkinci Vətən müharibəsində - 10 noyabr 2020-cil tarixdə Xocalının yağı düşmənlərdən geri qaytarılması ilə bağlı geniş məlumatlar verilib. 

Həmçinin onlayn keçirilən tədbirlərdə Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarxlar  nümayiş olunub.


Açar sözlər: