25.02.2021

"Xocalı faciəsini unutmadıq" adlı onlayn tədbir keçirilib

Şəki şəhər 8 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı "Xocalı faciəsini unutmadıq" adlı onlayn tədbir keçirilib.

Tədbirin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin ehtiramla xatirəsini yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.

Tədbirdə şagirdlərə 29 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışılıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını bildiriblər. İkinci Vətən müharibəsində - 10 noyabr 2020-cil tarixdə Xocalının yağı düşmənlərdən geri qaytarılması ilə bağlı geniş məlumatlar verilib. 

Sonda Xocalı faciəsinə aid videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,