16.02.2021

Şəki rayonu üzrə 143 şagird olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Şəki rayonu üzrə 143 şagird olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb. Onlardan 37 nəfər Azərbaycan dili və ədəbiyyatı, 13 nəfər biologiya, 7 nəfər coğrafiya, 10 nəfər fizika, 3 nəfər informatika, 19 nəfər kimya,  36 nəfər riyaziyyat, 18 nəfər isə tarix fənni üzrə şəhər turunda müvəffəqiyyət əldə edib.

Müsabiqənin rayon (şəhər) mərhələsinin nəticələri ilə www.olimpiada.edu.az saytından, yerli təhsili idarəetmə orqanlarından, həmçinin ümumi təhsil müəssisələrindən əldə etmək mümkündür.

rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli təşkilat komitələrinə göndərilib. Növbəti mərhələyə qeydiyyat 24-28 fevral 2021-ci il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə aparılacaq. 

Qeyd edək ki, olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.