Şəki şəhər 1 nömrəli tam orta məktəbdə "Gənclərin insan hüquqları və gender bərabərliyi" mövzusunda seminar keçirilib.
Məktəbin tarix müəllimi İlhamə Davudova Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə məlumat verib, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. İnsan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini şagirdlərin diqqətinə çatdırıb.
Seminarın sonunda movzu ilə bağlı videoçarx nümayiş edilib.