Şəki rayon ümumi təhsil müəssisələrində 21 fevral - Beynəlxalq Ana dili günü münasibətilə onlayn tədbirlər keçirilib.
Onlayn tədbirlərdə müstəqilliyimizin simvolu olan ana dilimizin qorunması üçün Azərbaycan xalqının apardığı mübarizdən, dilimizin bu günə əsrlərdən süzülüb gəlməsindən danışılıb, onun şirinliyi və lətifliyi vəsf edilib.
Keçirilən tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.