Şəki rayon Qoxmuq kənd tam orta məktəbdə “Ana dilim, doğma dilim” adlı onlayn dərs keçirilib.
Dərsdə məktəbin direktoru Kəmalə Həsənova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvin Yusifova və məktəbin 4 sinif şagirdləri iştirak ediblər.
“Ana dilim, doğma dilim” adlı onlayn dərs keçirilməsində məqsədi Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötümək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.
Onlayn dərsdə çıxış edən məktəbin direktoru Kəmalə Həsənova tarixin müəyyən dövrlərində dilimizin düşmən qüvvələrin təzyiqinə, təcavüzünə məruz qalmasından, lakin xalqımızın milli birliyi, milli qüruru sayəsində dilimizin saflığının qorunub saxlanmasından danışıb. O bildirib ki, bu işdə görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətləri az olmayıb. Şah İsmayıl Xətai Azərbaycan dilinin dövlət dili elan olunması uğrunda mübarizə apardığı kimi müasir dövrümüzdə ulu öndər Heydər Əliyev bu ənənəni daha böyük əzmkarlıqla davam etdirib. O, Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər görüb. Həmin siyasət bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018 - ci il 1 noyabr tarixli Fərmanı bunun bariz nümunəsidir.
Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Pərvin Yusifova şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib.
Sonda şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.