18.02.2021

Fevralın 18-də Şəki rayonu Cumakənd kəndində Heydər Əliyev Fondu tərəfindən yeni tikilmiş tam orta məktəbin açılış mərasimi keçirilib.

Fevralın 18-də Şəki rayonu Cumakənd kəndində Heydər Əliyev Fondu tərəfindən yeni tikilmiş tam orta məktəbin açılış mərasimi keçirilib.

Mərasimdə  Şəki  Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, məktəb direktoru və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi iştirak edib.

İlk öncə  məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və məktəbdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, Cumakənd  tam orta məktəbi 432 şagird yerlikdir. Tədris binasında 17 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika və gənclərin çağırışaqədərki hazırlıq, tibb otağı və məktəbəhazırlıq kabinetləri də var.

            Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub.