Şəki şəhər 14 nömrəli tam orta məktəbdə "Plastik qabların zərərləri" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdləri plastik qablar haqqında məlumatlandırmaq və onların zərərləri barədə biliklərini artırmaqdan ibarətdir.
Tədbirdə çıxış edən məktəbin direktoru İradə Abdullayeva mövzu ilə bağlı şagirdlərə geniş məlumat verərək plastik qablar və onların ətraf mühitə, insan sağlamlığına ziyanı haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, tədbir Təhsil Nazirliyinin 23.12.2020-ci il tarixli, F-559 nömrəli əmrinin 5.4.8 bəndinə uyğun olaraq təşkil edilib.