15.02.2021

“Sağlam ol” layihəsinin yekunlarına dair onlayn müzakirə aparılıb

Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin qalibi olmuş “Sağlam ol!” layihəsinin yekun dair onlayn müzakirə keçirilib.

Tədbirdə Şəki şəhər İcra hakimiyyətinin, Şəki şəhər Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, məktəb direktorlar, məktəb psixoloqları, valideynlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən layihə rəhbəri Şəki şəhər 17 nömrəli tam orta məktəbin direktoru Gülnarə Nəsibova layihə çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Sağlam ol!” layihəsinin məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün sağlamlığı təbliğ edən maarifləndirici tədbirin təşkili və məktəbdə sağlam mühitin yaradılmasına nail olmaqdır.

Həmçinin layihəyə dair onlayn müşavirə iştirakçıları üçün videoçarx nümayiş etdirilib. Video çarxda “Sağlam ol” layihəsinin necə həyata keçirildiyi və hansı işlərin görüldüyü nümayiş olunub.

Daha sonra çıxış edənlər layihə uğurlu icrası və uğurla başa çatması münasibətilə layihə rəhbəri təbrik ediblər.

Sonda  layihə çərçivəsində fəallıq göstərən şagirdlərə sertifikatlar verilib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.


Açar sözlər: ,  ,