17.02.2021

Şəki şəhər 10 nömrəli tam orta məktəbin X sinif şagirdi Aycan Şükürlü “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsində I yerə layiq görülüb.

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsində Şəki şəhər 10 nömrəli tam orta məktəbin X sinif şagirdi Aycan Şükürlü I layiq görülərək diplomla təltif edilib.

Qeyd edək ki,  müsabiqənin təşkilində əsas məqsəd Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan  Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək, uşaq və gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək, istedadlı dərnək üzvlərini aşkar etməkdən ibarətdir.


Açar sözlər: ,  ,