Fevralın 16-da Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi “Həsrətə son” adlı onlayn tədbiri keçirilib.
Tədbirdə Şəki Şəhər İcra hakimiyyətinin əməkdaşı Anar Məmmədov, Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev, Şəki Şəhər Gənclər İdman İdarəsinin rəisi Daşqın Mikayılov, Bakı şəhər 3 nömrəli, Sumqayıt şəhər 1 nömrəli, Qəbələ, Tərtər, Ağstafa rayonlarının Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorları və məktəbin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan, tarixə qəhrəmanlıq səlnaməsi kimi daxil olan, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi barədə danışılıb. Xalqın amalı, birliyi və iradəsi ilə Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğu vurğulanıb, tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün cənab Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlıq diqqətə çatdırılıb.
Onlayn tədbirin sonunda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, şəhidlərə həsr olunmuş mahnılar ifa ediblər.