10.02.2021

Fənn olimpiadalarının ilk günü

Fevralın 10-da Respublika fənn olimpiadalarının rayon mərhələsinin ilk günündə məktəblilər riyaziyyat və kimya fənləri üzrə biliklərini sınayıblar.

Olimpiadaların Şəki rayon mərhələsi Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilib.

Respublika fənn olimpiadaları mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq fevralın 11-də informatika, biologiya, coğrafiya, fizika, fevralın 12-də isə Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə  keçiriləcək.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.           

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 


Açar sözlər: ,  ,