11.02.2021

Fevralın 11-də Şəki rayonu Qumux və Baltalı kəndlərində yeni tikilmiş tam orta məktəblərin açılış mərasimi keçirilib. 

Fevralın 11-də Şəki rayonu Qumux və Baltalı kəndlərində yeni tikilmiş tam orta məktəblərin açılış mərasimi keçirilib. 

Mərasimdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov, Şəki rayonu Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, məktəb direktorları və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi iştirak ediblər. 

İlk öncə hər iki məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və məktəbdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, Qumux kənd tam orta məktəbi 132 şagird yerlikdir. Tədris binasında 11 sinif otağı, 2 laboratoriya, 2 texnologiya, informatika və gənclərin çağırışaqədərki hazırlıq, tibb otağı və məktəbəhazırlıq kabinetləri də var. 

Şəki rayonu Baltalı kəndində yeni tikilmiş 360 şagird yerlik tam orta məktəbdə 14 sinif otağı, 3 laboratoriya, 2 texnologiya otağı, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabineti, yeməkxana, idman və akt zalları  var.

Açılışdan sonra hər iki məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olublar. 


Açar sözlər: