09.02.2021

"Erkən nigah və məişət zorakılığı" mövzusunda onlayn tədbir keçirilib.

Fevralın 9-da Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Erkən nigah və məişət zorakılığı" mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin vəTəhsil Şöbəsinin əməkdaşları, məktəb direktorlar, pisxoloqlar və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020- ci il tarixli 20307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020- 2023- cü illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirinin 23.12. 2020 - ci il tarixli, F- 560 nömrəli əmrilə təsdiq edilmiş Tədbirlər Planının tələblərinə uyğun olaraq keçirilib.

Tədbirin keçirilməsində məqsəd gənc nəslin məlumatlandırılması, yeniyetmələr arasında sağlam həyat tərzi və bununla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.

Onlayn tədbirdə çıxış edənlər cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumat veriblər.Qeyd olunub ki, erkən nikahlar qızların təhsil almaq imkanlarını azaldır, eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaratdığını bildiriblər.

Sonda şagirdlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,